31.01.2019
Qusar rayon Mədəniyyət Mərkəzində 30 yanvar 2019-cu il tarixində Mədəniyyət Naziri Əbülfəs Qarayevin keçirdiyi Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə ilə əlaqədar Qusar mədəniyyət işçiləri ilə görüş keçirildi. İclası giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açdı və həmin müşavirədən irəli gələn vəzifələrlə bağlı və hal-hazırki ictimai-siyasi və mədəni durumla bağlı məlumat verdi. İdarə rəisi aparılan islahatların mədəniyyət işçilərinin mənafelərinə cavab verəcəyini vurğuladı. Daha sonra çıxış edən Qusar rayon İcra Hakimiyyətinin Başçısının müavini Elman Mustafayev belə bir tədbirin keçirilməsinin müsabət əhəmiyyətindən danışdı.