01.02.2019
1 fevral 2019-cu il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində 30 yanvar 2019-cu il tarixində Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin keçirdiyi Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə ilə əlaqədar Xaçmaz rayon mədəniyyət işçiləri ilə görüşü keçirildi. İclası giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açdı və həmin müşavirədən irəli gələn vəzifələrlə bağlı və hal-hazırki ictimai-siyasi və mədəni durumla bağlı məlumat verdi. İdarə rəisi aparılan islahatların mədəniyyət işçilərinin mənafelərinə cavab verəcəyini vurğuladı. Daha sonra çıxış edən Xaçmaz rayon RİHB-nın müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Samir Nemətov belə bir tədbirin keçirilməsinin müsbət əhəmiyyətindən danışdı.