02.02.2019
2 fevral 2019-cu il tarixində Quba “Asan Xidmət” Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində növbəti tədbir keçirildi.
Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində gənclərin foto əsərlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra tədbirdə çıxış edənlər festivalın əhəmiyyətindən danışaraq bildirdilər ki, artıq 3 ildir birgə keçirilən festival regionlarda gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi məqsədi daşıyır.
Daha sonra Mərkəzin kino zalında müvafiq olaraq gənc rejissorlar Pərviz Həsənovun lentə aldığı “Ayaqqabı əməliyyatı” filmi və Ruslan Hüseynovun “Usta Yusifin kamançası” filmi nümayiş olundu. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.