Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Daha çox oxucu, daha cox mütaliə”- mövzusunda oxucularla görüş keçirildi.

27.10.2017

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin ikinci yarısı üçün İş planına əsasən uşaqlar arasında oxu mütaliəsini gücləndirmək, maraq dairəsini daha yaxından öyrənmək üçün uşaqların çox sevdiyi uşaq yazarları-Gülzar İbrahimova və Solmaz Amanova ilə məktəbli oxucuların görüşü keçirilmişdir.Görüşü giriş sözü ilə Xaçmaz MKS-nin direktoru A.Əlifxanov açmışdır. O, uşaqlara tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verərək tədbir iştirakçılarını salamlamışdır Görüşdə məktəb şagirdləri, fəal oxucular,sinif müəllimləri,valideyinlər,MKS-nin kənd kitabxana filial müdirləri, rəsmi qonaqlar iştirak etmişlər.Sonra Gülzar İbrahimova və Solmaz Amanova uşaqlara onların oxuduqları kitablardan suallar verərək cox mütaliə edən,sualları cavablandıran oxuculara özlərinin yeni çapdan çıxmış kitablarını hədiyyə etmişlər.Yazıçı Solmaz Amanova uşaqlar üçün tərtibatçısı olduqu yeni çapdan çıxmış “Əlifba-1”,”Əlifba-2”,”Xurcun”,əsərləri haqqında danışmışdır.Onun müəllifi olduqu “İlmənin məcarələrı”,”Turac” və başqa çizgi filmləri proektor vasitəsi ilə uşaqlara nümayiş etdirilmişdir.Tədbirdə iştirak edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə Əsqərova və Uşaq Şöbəsinin müdiri R. Hətəmova tədbir haqqında öz təkliflərini bildirmişlər.