Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Dövlət Ləzgi Dram Teatrı Xaçmaz rayonunda “Xarı Bülbül” tamaşası ilə çıxış edib

28.03.2017

        28 mart 2017-ci il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət mərkəzində Qusar Dövlət Ləzgi Dram Teatrının şair-publisist Ramiz Duyğunun "Xarı Bülbül" adlı əsəri əsasında hazırlanmış eyni adlı tamaşası oynanıldı.

     Pyesdə Qarabağ müharibəsi zamanı vətənimizin qeyrət qalası olan Şuşanın dağ kəndlərindən birində didərgin düşmüş bir ailənin faciəsi, Qarabağın azadlığı uğrunda düşmənlərə qarşı igidlik və mərdliklə vururşaraq şəhid olmuş əsgər və zabitlərimizin qəhrəmanlığı qabarıq şəkildə təsir edilmiş, mənfur və xain ermənilərin murdar xisləti, iç üzü açılıb göstərilmişdir.

    Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Laləzar Hüseynova, teatrın direktoru isə Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi Faiq Qardaşovdur

    Səhnə əsərinin əsas obrazları Namik Kərimov, Elnur Hacıyev, Samir Rəhimxanov, Mirvari İsayeva, Şəkufə Mirzəğayeva, Tacir Şahbazov, Ramiz Məmmədov, İsmət Sədiyev, Aydın eyirov, Bağır Əhmədov (Fəxri Mədəniyyət işçisi) ifa ediblər.