13.03.2019
Şabran rayon Mədəniyyət Mərkəzinin qarşısında Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı Novruzun üçüncü çərşənbəsi olan “Yel çərşənbəsi” qeyd olundu, tonqal yandırıldı. Kosa və Keçəlin məzhəkəli oyunları tamaşaçılarda xoş bir ovqat yaratdı. “Xınayaxdı” Folklor xalq kollektivinin Yel çərşənbəsinə və Novruz bayramına həsr olunmuş mahnıları, gənc ifaçılar Eldar Mustafayev, Rufət Əskərov, Natiq Əliyevin , Quba rayon Mədəniyyət Mərkəzinin işçisi Sevil Rəcəbovanın ifasında baharı tərənnüm edən mahnılar, Əməkdar Mədəniyyət işçisi Aşıq Haşımın, gənc meyxanaçı Əmircan Şabranlının və rəqs kollektivinin çıxışları maraqla qarşılandı.