Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən Rayon Mərkəzi Kitabxanasında” 31 Mart Azərbaycanlılaın Soyqırımı Günü ” mövzusunda dəyirmi masa keçirildi

31.03.2017

      31.03.2017-ci il tarixində Siyəzən Rayon Mərkəzi  Kitabxanasında” 31 Mart Azərbaycanlılaın Soyqırımı Günü  ” mövzusunda  dəyirmi masa keçirildi. “Dəyirmi masanı giriş sözü ilə MKS-nin direktoru Şəfiqə  Arzudovum   açdı.Mövzu ətrafında MKS-nin komplekləşdirmə və kitabişləmə şöbəsinin müdiri M.Əliyev cıxış etmişdir.O,öz cıxışında qeyd etmişdir ki,xx əsrin əvəllərindən ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil,Bakı,Şamaxı,Quba şəhəri,Göycay qəzalarında ,Qarabağda,Zəngəzurda,Naxcıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar ,talanlar,yanğınlar ,terror və zoraklıq aktları həyata kecirmişlər.Erməni faşistləri bu ərazidə on minlərlə dinc azərbaycanlı əhalini-qadını ,uşağı,qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhsicəsinə qətlə yetirmiş,xalqımızım milli mədəniyyət abidələrini,məscidlərini dağıtmış və yandırmışlar və s. Mövzu ətrafında oxu zalının müdiri Ü.Kərimova da məruzə etmişdir. Məruzədə  qeyd etmişdir ki,ötən əsrdə dörd dəfə-1905-1906,1918-1920,1948-1953,1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdkləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir və s. Mövzu ətrafına oxuculara xidmət şöbəsindən Y.Adiyeva da məruzə  etmişdir.O,öz məruzəsində qeyd etmişdir 1918-ci il mart soyqırımı zamanı Bakı şəhərində 11min nəfərədək türk-müsəlman öldürülmüşdür.Bakı şəhəri camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur.Xalqın bir cox ziyarətgahları  və tarixi abidələri,o cümlədən Təzəpir məscidi,İsmaliyyə binası ,Qədim Şamaxı şəhəri və s kimi şəhərlərimiz talan və vəhşiliklərə məruz qalmışdır və s.