21.03.2019
21 mart 2019-cu il tarixində Xaçmaz rayonunda yerləşən Fəvvarələr bağında Novruz bayramı münasibətilə möhtəşəm şənlik keçirilmişdir. Keçirilən bayram şənliyində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Novruz şənliyində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb.
Daha sonra park boyunca xalq gəzintisi və bayram şənlikləri davam etdirilib.Səməni və digər Novruz atributları ilə bəzədilən parkda Azərbaycanın çox əsrlik qədim adət-ənənələri, milli mətbəxi, tarixi nümunələri və Novruzun personajları olan kosa və keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Ümumrayon tədbirində “Novruz Azərbaycan xalqının milli bayramıdır “ adlı geniş formatda kitab sərgisi təşkil edilmişdir.Sərgidə Novruz bayramının qədim adət və ənənələrini,milli irsimizi,muğamlarımızı əks etdirən ən yeni ədəbiyyat nümayiş olundu.
Daha sonra Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, bayram təbriklərini rayon sakinlərinə çatdırıb. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən Novruz şənliyində təqdim olunan bayram əhval-ruhiyyəli təqdimatlar rayon sakinlərində xoş ovqat yaratmışdır.
Sonda bayram tədbiri rayonun tanınmış sənət ustaları, incəsənət xadimlərinin iştirak ilə təşkil olunmş konsert proqramı ilə davam etdirilmişdir.