18.03.2019
18 mart 2019-ci il tarixdə Şabran Mədəniyyət və İstirahət parkında Novruz bayramı ilə əlaqədar Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı tədbir keçirildi.
İlk öncə Şabran rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov çxış edərək şabranlıları təbrik etdi, xalqımıza sülh, əmin-amanlıq, ruzi-bərəkət arzuladı. Ozan baba, Bahar qız, tamaşaçıları bayram münasibəti ilə təbrik etdi. Qədim Şabran şəhərinin əhalisinə xoş gələcək, aydın sabahlar, xoşbəxtlik, vətənimizə, xalqımıza sülh, firavanlıq arzuladı.
Novruzun personajlarından olan Kosa və Keçəl, Molla Nəsrəddin öz çıxışları ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etdi. Onların məzəli söhbətləri, maraqlı çıxışları tamaşaçılar tərəfindən sevinclə qarşılandı. Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Şabran” rəqs qrupunun çıxışları tədbirə böyük rəng qatdı. Mədəniyyət Mərkəzinin “Şabran” instrumental ansamblının müşayət etdiyi rayonun istedadlı müğənniləri Rufət Əskərov, Natiq Əliyev, Eldar Mustafayev, Zəfər Məmmədov, Tural Məcidovun çıxışı tamaşaçılar tərəfindən alqışla qarşılandı. Respublikamızın tanınmış gənc ifaçıları Afət Fərman qızı, “Cahan” qrupu, meyxana ustası Vüqar Əbdulov, Sevinc Babayeva öz maraqlı ifaları ilə tədbirə rəng qatdılar.