24.03.2019
Özbəkistanın aparıcı media nümayəndələri, televiziya kanallarının jurnalistləri Azərbaycana mediatur çərçivəsində bölgəyə səfər edib. 12 nəfərdən ibarət olan media qrupu Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qusar, Quba və Xaçmaz rayonlarında olub və həmin rayonların mədəni, ictimai, siyasi və iqtisadi həyatı ilə tanış olaraq burada çəkiliş aparıblar.