Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi Kitabxanasında “İnsanlığa sığmayan cinayət” adlı tədbir keçirildi.

02.04.2019

29.03.2019-cu il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “İnsanlığa sığmayan cinayət” adlı tədbir keçirildi. Əvvəlcə 31 Mart Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. MKS-nin direktor müavini Hüriyyə Sultanova tədbiri açaraq bildirdi ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan bir əsr ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır.1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm miqyası etibarı ilə,həm də vəhşiliyi ilə heyrət doğurur. Sonra Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova çıxış edərək qeyd etdi ki, 1918-ci ildə erməni vandalları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerləyeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər çox qədim binaları, o cümlədən Cümə məscidini, “İsmailliyə” binasını top atəşinə tutaraq dağıtmışlar.Daha sonra çıxış edən Aşağı Xuc kənd kitabxanasının kitabxanaçısı Gülyanə Zalova 1918-ci ildə bolşevik – erməni dəstələrinin Qubada törətdikləri qırğınlar haqqında geniş məlumat verdi. Tədbirin sonunda “31 Mart Azərbaycanlıların Soyqrımı Günüdür” adlı sərgiyə baxış keçirildi.