Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi kitabxanasında “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar kitab sərgisi təşkil olundu.

29.03.2017

29 mart 2017-ci il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasında  “31 Mart – Azərbaycanlıların soyqırımı günü”  ilə əlaqədar kitab sərgisi təşkil olundu. “Qanlı soyqırımı günü- 31 Mart” mövzusunda təşkil olunmuş kitab sərgisində 94 nüsxə ədəbiyyat nümayiş olundu.       Azərbaycanlıların soyqırımı  Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli-mədəni abidələr dağıdılıb məhv edilmişdir. Kitab sərgisində Ümummili Lider Heydər Əliyevin 27 mart 1998-ci ildə imzaladığı “ 31 mart Azərbaycanlıların soyqırım  haqqında”  fərmani,  Heydər Əliyev-“ Müstəqilliyimiz əbədidir”, “ Erməni soyqırımı, mif və gerçəklər!”, Əli Eyvazov –“Bir batalyonun tarixi” , Kərim  Dunyamalı- “ Yaddaşlarda qorunan tarix”, Cəlal Əliyev- “ Türklər Azərbaycanlılar, Ermənilər: Tarixi həqiqətin Soyqırımı”, Vasif  Səmədov, Rövşən Vəlizadə -“Leyla Əliyeva “ Xocalıya Ədalət,” Ziyəddin Sultanov- “Burdan bir atlı keçdi”, “Şahidlər “ və sairə ədəbiyyat öz əksini tapmışdır.