03.04.2019
03.04.2019 tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti filialının Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunmuş " Aprel döyüşləri..Qəhrəmanlıq səlnaməsi" adlı tədbiri keçirildi.Tədbiri giriş sözüylə Döyüş Şöhrəti muzeyinin müdiri A.Vəlixanova açaraq tariximizin şanlı səhifəsindən,4 günlük müharibənin böyük Qələbənin carçısı olduğundan danışdı.Muzeyin kiçik elmi işçisi G.Yusifova "Qələbə bizim olacaq mühazirəsi ilə çıxış etdi."Xaçmaz 5 saylı məktəbin şagirdləri Aprel döyüşlərinə və şərəfili döyüş yolu keçərək Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsinə həsr olunmuş şerlər və xatirə mətnlərini səsləndirdilər.Tədbir musiqi nömrələri və digər çıxışlarla davam etdi.
Tədbirdə Aprel döyüşlərində şəhid olmuş Xaçmazlı döyüşçülərin şəxsi əşyalarından ibarət sərgidə nümayiş olundu.