07.04.2019
7 aprel 2019-cu il tarixində Xaçmaz Mədəniyyət və İstirahət parkında Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə konsert proqramı təşkil edilib. “10 milyon yaşa” şüarı altında keçirilən konsert proqramında ilk öncə ölkəmizdə son zamanlar həyata keçirilən sosial-iqtisadi proqramlardan, bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam və fərmanlar haqqında məlumat verilib. Daha sonra tədbir yerli incəsənət ustalarının ifaları ilə davam edib.