11.04.2019
11 aprel 2019-cu il tarixində Xaçmaz Tarix Diyarşünaşlıq muzeyində Aprel döyüşlərinə və Vətən uğrunda həlak olmuş bütün Şəhidlərimizin xatirəsinə həsr olunmuş "Vətən Naminə" adlı tədbir keçirildi.
Tədbirdə, Şəhid ailələri,Qarabağ müharibəsi iştirakçıları, məktəblilər, Səfərbərbərlik Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin Xaçmaz şöbəsinin nümayəndəsi Rəqib Eyvazov və digər müəssisələrin nümayəndələri iştirak edirdilər. Tədbirdə böyük Zəfərin başlanğıcı olan Aprel Qələbəsindən,bu yolda həyatlarını qurban vermiş Şəhidlərimizin döyüş yolundan,onların gənc nəslə hər zaman örnək olacağından danışıldı.Qeyd edildiki, dövlət,yalnız arxasında ona dəstək olan və təəssübünü çəkən xalqla..ordu ilə qüdrətlidir.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov,Qarabağ Veteranları və Əlilləri İctimai cəmiyyətinin Xaçmaz Komitəsinin sədri Şövlət Dadaşzadə, Şəhid Elvin Mirzəyevin valideynləri, "Şahinlər" hərbi komandasının rəhbəri,Gödəkli kənd orta məktəbinin hərbi hazırlıq müəllimi Elnur Saidov və muzeyin direktoru Pakizə Mehdiyeva mövzu ilə bağlı çıxış etdilər.
Tədbir məktəblilərin ifasında şer və mahnılarla davam etdi. Zona yarışlarında birinci olmuş "ŞAHİNLƏR" komandasının hərbi təlimi və tədbirin bağlanışı olan hərbi paradı iştirakçılarln böyük marağına səbəb oldu.
Tədbirdən sonra qonaqlarla birgə Xaçmazlı Aprel Şəhidi Elvin Azadxan oğlu Murzəyevin qəbri ziyarət olundu.