Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix Diyarşünaslıq Muzeyində ”Böyük Zəfərin Başlanğıcı” adlı tədbir keçirilmişdir

09.04.2019

08.04.2019-cu il tarixində Şabran Tarix Diyarşünaslıq Muzeyində Aprel döyüşləri ilə əlaqədar "Böyük Zəfərin Başlanğıcı" adlı tədbir keçirilmişdir. Tədbirdə Qarabağ döyüşlərinin iştirakçısı, Ehtiyatda Olan Kapitan, Yaralanmış Zabit B. Bəhramov, Şabran şəhər R.Yusifov adina texniki fənlər üzrə 2 saylı orta məktəb - liseyinin şagirdləri, Sincanboyat kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi, Qarabağ veteranı M.Babayev, II qrup müharibə əlili S.Orucov, muzeyin nədində fəaliyyet göstərən "Tarixmizi Öyənək" dərnəyinin üzvləri iştirak etmişlər. Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığından bəhs edən çıxışlar və məktəblilərlə vətənpərvərlik mövzusunda sorğu, Sincanboyat kənd ümumi orta məktəbinin şagirdlərinin hazırladığı kompozisiyası ilə davam edən tədbir videoçarxa,"Hünər Nəğməsidir Şəhid Məzarı" adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirməklə sona çatdı.