12.04.2019
11 aprel 2019 - cu il tarixində Siyəzən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti dövrlərinə həsr edilmiş “ Uğur səlnaməsi ” adlı marifləndirici tədbir keçirilmişdir.Tədbirdə Siyəzən rayon ümumtəhsil məktəblərin müəllim və şagird kollektivi iştirak edtmişdir.
İlk öncə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova gələn qonaqları salamladı və çıxış edərək bildirdi ki, Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətləri əlbəttə ki, həddindən artıq çoxdur və ölçüyəgəlməzdir. Lakin Ulu öndərin bu böyük xidmətlərinin içərisində, bizlərə bəxş etdiyi iki şah əsər var. Bunlardan biri - müstəqil Azərbaycan Respublikası, digəri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev! Ulu öndər heç vaxt yanılmırdı. İllərin zəngin təcrübəsinə söykənən iti ağlı, dərin düşüncəsi, zəngin dünyagörüşü ona hər zaman doğru olan yolu göstərirdi. Milli liderimiz xalqa son müraciətində, “Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım, amma başa çatdıra bilmədiyim işləri o davam etdirəcək”, deyərkən də yanılmadı, xalqa bir daha nicat yolunu işarə verdi. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün İsayeva çıxışında bildirdi ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Sonra 2 saylı tam orta məktəbin Azərbaycan Dili və Ədəbiyyat müəllimi Bəxtiyar Seyidovun nitqı dinlənildi.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Siyəzən rayonuna etdiyi tarixi səfərlərindən hazırlanmış slaydın təqdimatı baş tutdu.Təqdimat Mərkəzin direktoru R.Seyidova tərəfindən aparılmışdır.