Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix Diyarşünaslıq Muzeyində ”Yaddan Çıxmaz Qarabağ” adlı tədbir keçirilmişdir

12.04.2019

   12.04.2019-cu il tarixində Şabran Tarix Diyarşünaslıq Muzeyində Qarabağ Azərbaycanın Tərkib hissəsı olması ilə əlaqədar "Yaddan Çıxmaz Qarabağ" adlı tədbir keçirilmişdir.Tədbirdə Xınayaxdı xalq kollektivinin rəhbəri B.Ağasıyev, Şəhid Qulam Qasimovun atası S.Qasımov,Qarabağ veteranları və şəhid ailələri,Şabran şəhər Xəqani Poeziya evinin direktoru, şairə xanım A.Əliyar,Şabran şəhər Taxtalar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etmişlər. Şəhidlərin ruhuna dualar oxunaraq açıq elan edilən tədbir Qarabağ təbiətidən, havasıdan, suyundan, qəhrəman oğullarından, mərd əhalisidən bəhs edən çıxışlar və Taxtalar kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı Qarabağı tərənnüm edən şeirlər və nəğmələri ilə davam etdi. Sonda məktəblilərlə vətənpərvərlik mövzusunda sorğu keçirilmiş, videoçarxın nümayişi, "Qarabağım Yad Əlində Dardadır" adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirməklə başa çatdı.