18.04.2019
17 aprel 2019-cu il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Mərkəzin iş planına uygun olaraq "Vətənim Azərbaycan "adlı tədbir keçirilmişdir.Tədbir Mərkəzin və rayon 4 saylı Məktəbin birgə təşkilatçılga il keçirilmişdir.Tədbirdə Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İcitimai Birliyinin Şabran rayon şöbəsinin sədri, ikinci qrup Qarabag əlili Namiq Cümşüdov,MKS nin Uşaq kitabxanasının direktoru Arzu İsayeva ,"Xəqani Poeziya Evi"nin direktoru Aybəniz Əliyar,"Cücələrim" Körpələr evinin müdiriyyəsi Qönçə Əmrullazadə,Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları,rayon 4 saylı tam orta məktəbin şagirdləri və Mərkəzinn əməkdaşları iştirak etmişlər.Tədbiri giriş sözü ilə mərkəzin direktoru T.Əliyev açmışdır .O qarabg döyüşləri zamanı xüsusi qəhrəmanlıq göstərən Milli qəhrəmanlarımız haqqında məlumat vermiş bu döyüşlərin nəticəsində qəhrəmancasına şəhid olmuş Şabran rayonunun Şəhidləri haqqında tədbir iştirakçılarına məlumat vermişdir.Tədbir rayon 4 saylı tam orta məktəbin şagirdlərinin hazırladıgı şer kompazisiya ilə davam etmişdir .Daha sonra Poeziya evinin direktoru A.Əliyar "Qələbə həyəcanı" adlı şerini söyləmişdir,sonda Ümumilli Liderin büstü qarşısında xatirə şəkli çəkdirilmişdir.