24.04.2019
23 aprel 2019-cu il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Rayon Təhsil Şöbəsi ilə birgə "Oxu günü" qeyd olundu. Tədbiri giriş sözü ilə Rayon Təhsil Şöbəsinin əməkdaşı Qorxmaz Muradov açaraq şagirdlərin mütaliə vərdişlərinin vacibliyindən danışdı. Tədbirdə rayonun ümumtəhsil məktəb şagirdləri bir-birindən maraqlı kompozisiyalar təqdim etdilər. Məktəblilər kitab haqqında hikmətli sözlər, Azərbaycanın yazıçı və şairlərin əsərlərindən nümunələr, vətənpərvərlik, təbiət və elm haqqında müxtəlif fikirlərlə zəngin təqdimatlarını paylaşdılar. Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova cəmiyyətimizin mənəvi-əxlaqi saflığının qorunması baxımından mütaliənin əvəzsiz rolundan danışdı. Tədbirin sonunda fərqlənən şagirdlər diplomlarla təltif olundular və Mərkəzdə yaradılan elektron kitabxana ilə tanış oldular.