Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Tarixi Abidələrin mühafizəsi günü ilə əlaqədar dəyirmi masa təşkil olundu

18.04.2017

     18 aprel 2017-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Tarixi Abidələrin mühafizəsi günü ilə əlaqədar dəyirmi masa təşkil olundu. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Siyəzən rayonu üzrə məsul şəxs Ağayev Mahir, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Siyəzən rayon üzrə nümayəndəsi Zəminə Qədirli, rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova və digər müəssisə və təşkilatlardan nümayəndələr iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Zəminə Qədirli tedbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və günün mahiyyəti barədə qısaca olaraq danışdı. Sonra Mahir Ağayev çıxış edərək rayonda yerləşən tarixi abidələr haqqında geniş danışaraq ətraflı məlumatverdi. Daha sonra tədbir diskussiya şəklində davam etdi. Ümumilikdə tədbirdə 35 nəfər iştirak etmişdir.