Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix Diyarşünaslıq Muzeyində ”Tariximiz Qürurumuzdur” adlı tədbir keçirilmişdir

01.05.2019

1 may 2019-cu il tarixində zəngin tarixə malik, Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm iz qoyan, şəhərsalma tarixinin nadir nümunələrindən olan Şabranın tarixini tədqiq edərək gənc nəsillərə tanıtmaq məqsədi ilə Şabran Tarix Diyarşünaslıq Muzeyində "Tariximiz Qürurumuzdur" adlı tədbir keçirilmişdir. Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu – t.ü.f.d, Şabran ekspedisiyasının rəhbəri Səfər Aşurov və ekpedisiyanın üzvləri, Respublika qezetinin muxbiri Ziyafəddin Bayramov, Şabran şəhər Xaqani Poyeziya evinin direktoru, şairə xanım Aybəniz Əliyar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, yazar Zakir Bayramlı, Şabran şəhər 5 saylı orta məktəbin müəllim və şagird kollektivi və ictimayət iştirak edirdi. Səfər Aşurov Şabran şəhər Aygünlü kəndində yerləşən "Çaqqallı Təpə" yaşayış yerinin tarixi və oradan tapılan əşyalardan tarixi faktlarla ətraflı danışaraq, məktəblilər ilə maraqlı müzakirələr aparmışdır. Bu da məktəblilər arasında arxeologiya eliminə marağın artmasına səbəb olmuşdur. İctimaiyət Şabran ekspedisiyasina öz təşəkkürlərini bildirmiş, tarixi yaşadanlara və qoruyanlara gələcək işlərində uğurlar arzulamışlar. Tədbir gözəl təsüratlarla xatirə şəkilləri çəkdirməklə başa çatmışdır.