26.04.2017
26.04.2017-ci il tarixində Siyəzən rayon Mərkəzi Kitabxanasında Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi.Tədbirdə rayonun idarə və təşkilatlarından nümayəndələr və məktəblilər iştirak etdi.
“Molla Pənah Vaqifin 300”illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Siyəzən rayon Mərkəzi Kitabxanasında da tədbirlər planı hazırlanaraq Molla Pənah Vaqif yaradıcılığını əks etdirən sərgi hazırlanmışdır.
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Şəfiqə xanım açdı və şair haqqında qısa məlumat verdi.
Sonra 3 saylı məktəbin dil ədəbiyyat müəllimi İlhamə müəllimə Şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki,Vaqif yüksək zövq ,incə hisslər,dərin və nikbin duyğular şairidir.Onun yaradıcılığında məhəbbət liriksı əsas yer tutur.Klassik şerimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna,yeni bir təravət kəsb edir. .Vaqif Qazaxda dünyaya gəlsə də sonralar Şuşa şəhərinə köcmüş dür.Sonralar İbrahimxanın hökmdarlığı illərində 27 il müddətində sarayın daxili işlər üzrə vəziri təyin olunur.Tarixi mənbələrdən Vaqifin Qarabağ xanlığının möhkəmləndirilməsindəbagarıqlı bir dövlət xadimi kimi böyük xidmətləri ollmuşdur.Xalq arasında “Hər oxuyan Molla Pənah olmaz” sözü də şairin necə böyük bir şəxsiyyət olmasını bir daha təsdiq edir.
Tədbirdə MK-nin Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri Məcid müəllim də şair haqqında öz fikirlərini bölüşdü.
Tədbir məktəblilərin Molla Pənah Vaqifin şerlərindən həsr olunmuş kompozisiyası ilə davam etdirildi.