Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat filialında “ El bilir ki, sən mənimsən” mövzusunda tədbir keçirildi

05.05.2017

     05  May  2017 – ci  il  tarixində  Xaçmaz Heydər Əliyev Mərkəzinin  Xudat  filialında  Xudat  Uşaq   İncəsənət  Məktəbi  ilə  birlikdə   Ulu  öndər  Heydər  Əliyevin  anadan  olmasının  94 –cü ildönümünə  həsr  olunmuş  “ El  bilir  ki, sən  mənimsən”  mövzusunda  tədbir  həyata  keçirildi. Tədbirdə  Xudat  Muzeyinin  direktoru  K. Ramazanova, MİHİ- nın  Rayon  Komitəsinin  Sədri  Q,Umudov, Xudat rayon UİM – nin  direktoru M. Arzumanova çıxış  etdilər. Daha  sonra  məktəblilərin  ifasında  şerlər  söylənildi, rəqs  nömrələri   və  səhnəciklər ifa  olundu. Sonda  Xudat rayon UİM – nin  şagirdlərinin  əl  işlərindən  ibarət  sərgiyə  baxış  keçirildi.