Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Tarix-Diyarşünaslıq muzeyində “Şuşanın işğalı” mövzusunda tədbir keçirilmişdir

08.05.2019

    08.05.2019-cu il tarixində  Quba  Tarix-Diyarşünaslıq Muzeyinin  filialı  Şəhidlərin  Xatirə Muzeyində, 8 may  1992-ci  il  Şuşanın  işğalının  27-ci il  dönümi  və Azərbaycanın  Milli Qəhrəmanı,  Şuşada  şəhid olmuş Albert  Aqarunovun anım günü ilə  bağlı  tədbir  keçirildi.    Tədbirdə  Muzey  əməkdaşları , Müharibə , Əmək və  Silahlı  Qüvvələri Veteranlar  Təşkilatı  Quba rayon  üzrə  sədri  Tahir  Muradov, Şimal zonası üzrə Azərbaycan   Vətən Müharibəsi birliyinin  sədri  İsmayıl  Babayev,  Qarabağ  veteranları və Hikmət  Hüseynov  adına  4  saylı  məktəbin şagirdləri  iştirak  edirdilər.  

    Şəhidlər  Muzeyinin  filial  müdiri Nail Əmirbəyov tədbiri giriş  sözü ilə  açdı.  Şəhidlərin  xatirəsi  1-dəqiqəlik  sükutla  yad  edildi. Muzeyin  elmi  işçisi  Məltəm  Məlikməmmədova  mühazirə  ilə  çıxış  etdi.