Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən Heydər Əliyev Mərkəzində ”Qarabağ bizimdir” mövzusunda tarix dərsi keçirilmişdir

10.05.2019

       8 may 2019-cu il tarixində Siyəzən Heydər Əliyev Mərkəzində Siyəzən şəhər  6 sayli məktəb liseyin şagirdlərinin iştirakı ilə "Qarabağ bizimdir" mövzusunda tarix dərsi keçirilmişdir.Dərs Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova tərəfindən aparılmışdır. İlk öncə Azərbaycan torpağı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra  Mərkəzin direktoru məruzə edərək bildirmişdir ki, Bu gün Şuşanın işğalında 27 il keçir. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub.Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

         Dərsin sonunda  məktəblilərə çox saylı suallar verilmişdir. Məktəblilər sorğuda aktiv iştrak ediblər. Sonda şagirdlər “ Salam Şuşam” adlı video filmə və ”Qarabağ həqiqətləri” adlı sərgiyə baxdılar.