16.05.2019
16.05.2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Xaçmaz Çənlibel istirahət parkında “Oxu bayramı” keçirildi. Oxu bayramı Ulu öndər, Azərbaycan Respublikasının memarı, Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuşdur. Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Xaçmazda təşkil olunmuş Oxu bayramı və bayramın əhəmiyyətindən danışdı. Xaçmaz rayon İHB-nın birinci müavini İlhamə xanım Nəzərova dahi siyasətçi ulu öndərimiz olan Heydər Əliyev tarixi irsindən, mədəniyyət sahəsinə böyük önəm verən, milliyin təbliği yolunda böyük işlər görən, mədəni irsimizin qorunmasında misilsiz xidmətlərini qeyd etdi. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə bütün respublikada qeyd olunan“Oxu müsabiqəsi”-nin qaliblərin mükafatlandırılması da həyata keçirildi. Oxu bayramında ,”Azərbaycanın özü qədər əbədi siyasətçisi Heydər Əliyev”,”İlhamla işıqlı gələcəyə doğru”,”Tarixi yaradan şəxsiyyət”, "Cəfər Cabbarlı 120", "Cəlil Məmmədquluzadə 150", "İsmayıl Şıxlı 100", "Bu cahana sığmayan şair İmaməddin Nəsimi 650", "Günəşli Azərbaycanın gözəl güşəsi-Xaçmaz", "Hünər ölmür,mərdlik ölmür,əsgər ölmür!" ,”Bütöv və əbədi Azərbaycan uğrunda”,”Elektron nəşrlər”,”Mənim Qarabağım”,Kitabxanaya yeni daxil olan kitablar”,”Azərbaycanın milli qəhrəmanları”və s. mövzularda kitab sərgiləri nümayiş olundu. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin aktyorlarının çıxışları, Xaçmaz Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin fəallarının ifasında şerlərin təqdimatı ilə davam edən tədbir rəngarəng musiqi nömrələri və səhnəciklər ilə başa çatdı. Oxu bayramında 2000 nüsxədən yuxarı elmin ayrı-ayrı sahələrini əks etdirən kitablar sərgiləndi. Bayramda rayonun ümumtəhsil müəssisələrinin eləcə də müxtəlif idarə və müəssisələrinin kollektivləri iştirak edirdi. Oxu bayramı iştirakçıların böyük marağına səbəb oldu.