Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzəndə “Oxu bayramı” qeyd edildi

15.05.2019

15 May 2019-cu il tarixdə Siyəzən rayon Mərkəzi Kitabxanasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Oxu bayramı” keçirildi.

Müsabiqə çərçivəsində 5 fəal oxucu pul mükafatı qazanıb. Bundan əlavə, 4 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub. Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı sayılıb.

Mərkəzi Kitabxananın qarşısında keçirilən mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.

12 nəfərdən ibarət münsiflər heyəti 56 nəfərdən ibarət fəal oxucunun mütaliə potensialını təhlil edərək qalibləri müəyyən etmişdir. Müsabiqədə qalib gələn fəal oxucular mükafatlandırıldı.Qalib gələnlərə Fəxri fərmanlar,hədiyyələr,pul verildi.
Müsabiqədə qalib gələn fəal oxucular I,II,III yerlərə layiq görülüb.I yerə Nurməmmədova Səriyyə,II yerə Dadaşov Əbülfəz,Eldarov Adil,III yerə Xudaverdiyev Həsənxan,Tağıyeva Xalidə təyin olunmuşdur.

Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.