16.05.2019
Quba Heydər Əliyev Mərkəzində Quba Heydər Əliyev Mərkəzinin və Quba Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının mütəfəkkir şairi, qüdrətli söz ustadı İmaməddin Nəsiminin anadan olmasının 650 illiyi və “Nəsimi ili” ilə bağlı “Nəsiminin işığında” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə “Nəsimi” bədii filiminə tamaşa etmişlər.
Ədəbi bədii tədbiri giriş sözü ilə Mərkəzin direktoru Elza Orucova açmış və qeyd etmişdir ki, 2019-cu ildə Azərbaycan xalqının mədəni irsi və bədii-fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair, qüdrətli söz ustadı İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncam imzalamış, həmçinin dövlət başçısının 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə 2019- cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir.
Quba şəhər bələdiyyəsinin üzvü Natavan Bağırova “ Nəsimi - 650” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Nəsimi üç dildə yazıb yaratmış, ustadı Fəzlullah Nəiminin fikirlərini Yaxın Şərqdə yaymışdır. Nəsimi irsi bu gün Azərbaycanda Prezident İlham Əliyevin şairin 650 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələn tələblərlə daha da dərindən araşdırılacaq.
Quba Asan Xidmət Mərkəzinin baş məsləhətçisi Xəyyam Şahbazov çıxış edərək Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri konteksində aktuallığından , milli - mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətli olduğundan ətraflı söhbət açdı. 2019-cu ilin “Nəsimi ili” elan olunmasının Azərbaycanın ədəbi-mədəni fikir tarixində əlamətdar bir hadisə olduğunu qeyd etmişdir.
Tədbirdə Kamilə Hüseynova, Püstəxanım Novruzova, Könül Allahverdiyeva və başqaları çıxış edərək mütəfəkkir-şair Nəsiminin irsinin ölkəmizdə bundan sonra da dərindən öyrəniləcəyini bildirdilər.
Sonra Quba şəhər 5 saylı orta məktəb şagirdləri görkəmli şair Nəsiminin yaradıcılığına həsr olunmuş “Nəsiminin işığıda” ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirin sonunda mütəfəkkir- şair, böyük söz ustadı İmadəddin Nəsiminin yaradıcılığından bəhs edən sərgiyə tamaşa olundu.