Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 May - Beynəlxalq Muzeylər Günü Quba Tarix-Diyarşünaslıq muzeyində qeyd edilib

20.05.2019

    18 May - Beynəlxalq Muzeylər Günü münasibəti ilə yüzlərlə məktəbli; Dağlı, Qımıl, Afurca, Zərdabi, Mirzəqışlaq, Qorxmaz oba, Digah kənd tam orta məktəblərinin ,Uşaq Gənclər İnkşaf Mərkəzinin, şəhər 1 saylı tam orta məktəbin şagirdləri muzeyi ziyarət etmişdir. Eyni zamanda məktəblilər 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş video-çarx izlədilər. 
    Beynəlxalq Muzeylər Günü münasibəti ilə Muzeyin direktoru Məryəm Haciyeva muzey əməkdaşlarını bayram münasibəti ilə təbrik etdi və fərqlənən muzey işçilərini hədiyyə ilə mükafatlandırdı. Quba şəhərinin kiçik sakini Ziya XX-əsrin pioner şeypurunu muzeyin fonduna hədiyyə etdi.