24.05.2019
23 may 2019-cu il tarixində Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin pedaqoji və şagird kollektivinin 2018-2019—cu tədris ili üzrə hesabat-yekun konserti keçirildi. Konsertdə məktəbin müəllim və şagird heyyətinin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, həmçinin xarici bəstəkarların mahnıları dinlənilmişdir. Sonda il ərzində fərqlənən şagirdlərə məktəbin fəxri fərmanları təqdim edildi.
Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.