Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xudat şəhər Uşaq Musiqi məktəbi hesabat konserti ilə çıxış edib

27.05.2019

27 may 2019-cu il tarixində Xudat şəhər Folklor evində Xudat şəhər Uşaq Musiqi məktəbinin "Respublika Günü" nə həsr olunmuş hesabat konserti keçirilmişdir. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov, idarənin əməkdaşları Söhrab Əmrahov, Fərid Musayev,mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Konsertdə məktəbin müəllim və şagird heyyətinin iştirakı ilə Azərbaycan xalq və bəstəkar mahnıları, kinofilmlərdən mahnılar ifa edilmişdir. Sonda tədris ilində fərqlənən şagirdlərə tərifnamələr təqdim edildi.

Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.