Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxanasında və filiallarında bir sıra tədbirlər keçirilmişdir

27.05.2019

20 May 2019 – ci il tarixdə Şabran rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi tərəfindən Yazıçı İ.Əfəndiyevin 105 illik yubileyi ilə əlaqədar Şabran rayon 5 №li tam orta məktəbində “Nasirlərin müasiri İ.Əfəndiyev”  adlı açıq kitabxana xidməti keçirildi.

            20  May 2019-cu il tarixdə Şabran rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Şabran rayon Məmmədağa Nəzirov adına 4 №li ümumorta məktəbində “Mənəvi sərvətimiz nağıllar” adlı nağıl saatı keçirdi.

            21 May 2019-cu il tarixdə Şabran rayon MKS-inin 33 №li Aygünlü kənd kitabxanasında “Kitab sevgisi sevgilərin ən gözəlidir” adlı  kənd kitabxanası xidməti keçirildi.

            21  May 2019–cu il tarixdə  Şabran rayon MKS –inin 8 №li Gəndov kənd kitabxanası “Fiziki məhdudiyyəti olan insanlar üçün evə kitab gətirmələrin təşkili” xidməti keçirdi.

            22 May 2019 – cu il tarixində Şabran rayon MKS-inin 15 №li Günəşli kənd  kitabxanası    “Nağıllı dünyamız” adlı nağıl saatı keçirdi.

            24 May 2019-cu il tarixdə Şabran rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Şabran rayon Mədəniyyət və İstirahət parkında Yazıçı dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar  “Açıq kitabxana” xidməti keçirdi.