Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusarda gənc pianoçuların IV Respublika müsabiqəsinin ilk turu kecirilib

03.06.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların peşəkar inkişafının sürətləndirilməsi və dəstəklənməsi, eyni zamanda müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə Gənc pianoçuların IV Respublika müsabiqəsi keçirilir.

Müsabiqənin münsiflər heyətinə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Məmməd Quliyev, Bakı Musiqi Akademiyasının dosenti Tofiq Bədirxanov və Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov kimi mütəxəssislər daxildir.

İyun ayının 3-də Qusar şəhərində gənc ifaçılar üçün müsabiqənin I mərhələsi keçirildi. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində təhsil alan 21 nəfər şagird müsabiqənin iştirakçısı oldu.

Qiymətləndirmənin nəticələrinə əsasən 7 nəfər piano ifaçısı 10-12 iyun tarixlərində müsabiqənin Bakı şəhərində keçiriləcək II mərhələsində iştirak etmək hüququ qazanıb.