Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzəndə “Quba mədəniyyət günü” keçiriıib

06.05.2017

Rayonlararası mədəni mübadilənin aparılması, təcrübələrin bölüşdürülməsi və mədəni fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə bölgədə “Mədəniyyət günləri” layihəsinə start verilib. Layihəyə əsasən regiona daxil olan bir rayonun mədəniyyətini əks etdirən nümunələrin digər qonşu rayonda nümayiş etdirilməsi nəzərdə tutulub. Layihə ilkin mərhələdə Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonları arasında keçiriləcək. Belə ki, “mədəniyyət günləri” çərçivəsində həmin rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii kollektivlərin fəaliyyətini əks etdirən konsert proqramları, milli mətbəx nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunur. Layihə ilə əlaqədar ilk tədbir mayın 6-da Siyəzən şəhərində “Quba mədəniyyət günü” başlığı altında keçirildi. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə Qubanın mədəniyyətini, incəsənətini əks etdirən nümunələr nümayiş olunub. Mədəniyyət Mərkəzinin “Gözəl Quba” instrumental ansamblı və “Şərq inciləri” uşaq rəqs qrupu Siyəzən tamaşaçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişdir. Tədbir iştirakçılarına həmçinin, qubalı yazarların kitabları, Qubada nəşr olunan “Şəfəq” qəzetinin nümunələri paylanmışdır. Gələcəkdə bu layihənin respublikanın digər regionları ilə birgə təşkil edilməsi nəzərdə tutulub.