Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusarda Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilmişdir

10.06.2019

7 iyun 2019-cu il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri,  regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları, “Oxu bayramı” müsbiqəsinin qalibləri iştirak etmişdir. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar “Oxu bayramı”nın region üzrə təşkili, regionlarda cari ilin mart-may ayları ərzində keçirilən “Bölgələrdən-bölgələrə” adlı regionlararası yaradıcılıq festivalı haqqqında danışdı. İdrənin əməkdaşı Söhrab Əmrahov “Oxu bayramı”nın yekun nəticələri barəsində geniş məlumat verdi.

“Azərbaycan Respublikasının Dövlət Gerbindən və Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19  fevral 2019-cu il tarixli Qanununun müvafiq müddəalarının icrasının təmin edilməsi barədə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Xalidə Əliyevanın məruzəsi dinlənildi.

Sonda idarə rəisi “Regional Pəhləvan günü”nün və “Regional Mili Mətbəx günü”nün keçirilməsinə ciddi hazırlaşmaq, həmçinin mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsindən irəli gələn vəzifələr barədə tapşırıqlarını verdi.