12.06.2019
Ümumrespublika Oxu Bayramı çərçivəsində Qusar MKS-nin təşəbbüsü və təşkilatçılığı ilə Bədirqələ kənd kitabxana filialı tərəfindən 15 İyun Qurtuluş Gününə həsr olunmuş “Oxu Günü” keçirilmişdir. Tədbirdə fəal oxucular, kənd içtimaiyyəti,məktəbin müəllim və şagird kollektivi, qonşu kəndlərin kitabxana işçiləri və fəal oxucuları, ziyallılar iştirak etmişlər.Tədbirdə iştirak və çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov, Qusar Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurəhmanova, kənd məktəbinin direktoru Leyli Məmədov, Bədirqəla kənd kitabxana filialının müdiri Tünzalə Kübərova və digərləri mütaliə vərdişlərinin ailədə qazanılması, kitabxana və kitabların təbliğ olunması sahəsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar.
Tədbirdə 400-dən cox müxtəlif janrlarda kitablar sərgilənmiş, geniş və əhatəli tərtibat işlərinə xüsusi diqqət ayrılmışdır. Keçirilən tədbirlərdə fəal iştirak edən və keçirilmiş şeir müsabiqəsinin qaliblərinə xatirə hədiyyələri təqdim olunmuşdur. İştirakçılar arasında müxtəlif viktorinalar və müsabiqələr keçirilmiş, qaliblərə xatirə hədiyyələri vermişdir. Tədbir iştirakçıları təşkilatçılara öz minnətdarlığını bildirmiş və uğurlar arzulamışlar. Belə tədbirlər MKS- nin digər kitabxana filiallarında da təşkil olunacaqdır.
Tədbir geniş və rəngarəng ədəbi-bədii kompozisiya ilə cay süfrəsi arxasında davam etdirilmişdir.