Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusarın kəndlərində “Oxu Günü” tədbirləri davam edir

14.06.2019

  13.06.2019 – cu il tarixində Ümumrespublika Oxu Bayramı çərçivəsində Qusar MKS-nin təşəbbüsü və təşkilatçiliğı ilə Gədəzeyxur kənd kitabxana filialı tərəfindən 15 İyun Qurtuluş Gününə həsr olunmuş Oxu Günü keçirilmişdir. Tədbirdə fəal oxucular, kənd içtimaiyyəti,məktəbin müəllim və şagird kollektivi, qonşu Gündüzqala, Bədişqala, İmamqulukənd kənd kitabxana filiallarının işçiləri və fəal oxucuları, ziyallılar iştirak etmişlər.Tədbirdə iştirak və çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı David İbramxəlilov, kənd məktəbinin direktoru Abubəkir Qədimov, Gədəzeyxur kənd kitabxana filialının müdiri Zülfiyyə Tərlanova,  Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Südabə Bağıyeva və digərləri mütaliə vərdişlərinin ailədə qazanılması, kitabxana və kitabların təbliğ olunması sahəsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar.

Tədbirdə 450-dən cox müxtəlif janrlarda kitablar sərgilənmiş, geniş və əhatəli tərtibat işlərinə xüsusi diqqət ayrılmışdır. Keçirilən tədbirlərdə yaxıdan iştirak edən, daha cox mütaliə edən fəal oxucular Pərişan Balaşova, Elvina Cəbrayilova, Albina Şükürovaya Fəxri Fərmanlar və keçirilmiş şeir müsabiqəsinin qaliblərinə xatirə hədiyyələri təqdim olunmuşdur. Mərkəzi Kitabxananın Uşaq Şöbəsi tərəfindən fəal oxucular arasında müxtəlif viktorinalar və müsabiqələr keçirilmiş, qaliblərə xatirə hədiyyələri vermişdir. Tədbir iştirakçıları təşkilatçılara öz minnətdarlığını bildirmiş və uğurlar arzulamışlar. Belə tədbirlər MKS- nin digər kitabxana filiallarında da təşkil olunacaqdır.

Tədbir geniş və rəngarəng ədəbi-bədii kompozisiya ilə cay süfrəsi arxasında davam etdirilmişdir.