Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayonunda ” IX Ümumrespublika Kitab Bayramı ” keçirilmişdir

19.05.2017

        19.05.2017-ci il tarixdə Qusar şəhəri Nəriman Nərimanov adına mərkəzi parkda Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş IX Ümumrespublika Kitab Bayramı keçirilmişdir.Kitab Bayramında 35 müxtəlif mövzuda tərtib olunmuş sərgilərdə 310 adda 2800-dan artıq kitab sərgilənmişdir.Bundan əlavə ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələri kollektivlərinin əl işləri nümayiş etdirilmişdir.Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisələrin, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak etmişlər.
       Kitab bayramında çoxsaylı oxuculara və istifadəçilərə 520-dən artıq kitab, 135-dən artıq jurnal və digər qiymətli hədiyyələr təmənnasız olaraq verilmişdir. Kitab bayramı çərçivəsində gün ərzində kitabxanaya 122 nəfər ilk dəfə oxucu olmuşlar.             Çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayon üzrə nümayəndəsi David İbramxəlilov,Quba rayon MKS-nin direktoru Samiddin Nəsirov , Təhsil Şöbəsi metodika kabinetinin direktoru Qorxmaz Muradov və Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova tarixi şəxsiyyət və Ümummilli Lider kimi yüksək keyfiyyətlərin daşıyıcısı , qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı misilsiz rolundan danışmışlar. Azərbaycan mədəniyyətinin, o cümlədən kitabxanaların müasir inkişaf səviyyəsinə gəlməsində Ümummilli Liderin misilsiz xidmətləri xüsusi qeyd olunmuşdur. Kitabxanaların müasir dövrdə elmin, təhsilin və ziyalılığın yüksək səviyyəyə qalxmasında vacib rolu xüsusi olaraq vurğulanmışdır.Kitabxanaların və kitabların oxuculara daha yaxın olması, oxuculara mütaliə vərdişlərinin aşılanması sahəsində kitabxanalar tərəfindən daha müasir forma və metodlardan istifadə olunmasının vacibliyi qeyd edilmişdir.