Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxanasında “Yaxşı kitab qiymətli dəfinədir” adlı kitab bayramı keçirilib

19.05.2017

      19 May 2017-ci il tarixdə Şabran rayon Mərkəzi Kitabxanada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94- cü ildönümü münasibəti ilə “ Yaxşı kitab qiymətli dəfinədir” adlı kitab bayramı keçirildi. Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Şabran ədəbi məclisinin sədri Qafar Süleyman və məclisin digər üzvləri , rayon ziyalıları dəvət olunmuşdur. Tədbir Azərbaycanın dövlət himni ilə başlandı. Mərkəzi Kitabxananın direktoru Səbirə Məcidova gələn qonaqları salamladı.

     Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək oxucular arasında kitaba məhəbbət oyatmaq, kitabın nifuzunu artırmaq üçün belə kütləvi tədbirlərin keçirilməsinin vacibliyindən danışdı.

     Tədbirdə məktəblilərin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər, mahnılar səsləndi. Məktəblilərin ifasında vətənpərvərlik ruhunda səhnələşdirilmiş tamaşa təqdim olundu.