Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzəndə kitab bayramı keçirildi

24.05.2017

       24.25.2017-ci il tarixində Siyəzən rayon Mərkəzi kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar VII kitab bayramı kecirildi.Tədbirdə Xaçmaz Reginal Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Xalidə xanım,Xacmaz rayon Mərkəzi Kitabxanasının direktoru Azad müəllim,Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi Aqil Əbdülov, rayonun məktəbləri,bağçaları,müxtəlif idarə və təşkilatlardan nümayəndələr,kitabxananın filialları iştirak edirdi.Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Şəfqə xanım açaraq gələn qonaqları salamladı və çıxış edərək qeyd etdi ki,Ümummilli lider Heydər Əliyev kitaba və kitabxana sahəsinə yüksək qiymət verərək demişdir:

“Kitabxana mabədgahdır,hər bir ziyalının yolu bu mabədgahdan keçir ,burada tariximizin yazılı salnaməsi şərəflə qorunub saxlanılır.”

Sonra isə Şəfiqə xanım tədbiri aparmaq üçün sözü  Mərkəzi Kitabxananın işçisi Sənubər Ağamalıyevaya verdi:

Tədbirdə Xaçmaz Reginal Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Xalidə xanım çıxış edərək bu bayram münasibətilə hamını təbrik etdi və kitab haqqında öz fikirlərini bölüşdü.

Sonra  isə söz Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Siyəzən rayon üzrə nümayəndəsi Zəminə xanıma verildi .Zəminə xanım bu bayram münasibətilə hamını təbrik edərək qeyd etdi  ki,sevindirici haldır ki,bu bayram artıq 7 ildir ki,bizim rayonda da qeyd olunur və uşaqlarda kitabxanaya olan maraq daha da sevindiricidir.

     Tədbirdə daha sonra C.Cabbarlı adına 1 saylı orta məktəbin direktoru Nəcməddin müəllim,Ş.İsmayılov adına 3 saylı orta məkrəbin direktoru Rafiq müəllim,Siyəzən rayon nümayəndəliyinin məsul işçisi Qəzənfər müəllim,Siyəzən rayon Təhsil şöbəsinin məsul işçisi Cəfər müəllim də cıxış edərək  öz xoş fikirlərini bölüşdülər.

    Tədbir Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş musiqili kompozisiya ilə davam etdirildi.

     Tədbirdə M.Müşfiq adına 2 saylı orta məktəbin 2a sinfinin müəlliməsi Gülmirə Ağayeva şagirdləri ilə bərabər vətənpərvərlik mövzusunda cıxış etdilər

    N.Əsədov adına 4 saylı orta məktəbin şagirdləri də Azərbaycan ədəbiyyatının bütün sahələrinə aid öz hazırladıqları proqramla cıxış etdilər.

    Tədbirin sonunda Mərkəzi Kitabxananın 4 işçisinə - Mərkəzi Kitabxanada  keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə Fəxri Fərmanlar verildi.