Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində “Beynəlxaq muzeylər günü”nə həsr edilmiş tədbir keçirilib

24.05.2017

    "18 may Beynəlxalq muzeylər günü" ilə bağlı Yuneskonun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyyə olunmuş "Muzeylər və mübahisəli məqamlar,muzeylərdə deyilməyənlərin səslənməsi" mövzusunda silsilə tədbirlərin keçirilməsi sərəncamına uyğun olaraq 24.05.2017 tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "Zindandan gələn səslər" adlı tədbir keçirilmişdir.

   Tədbirdə keçən əsrin 37-40cı illərdə baş vermiş repressiya hadisələrinə həsr olunmuş,tarixi məqamlardan və ədəbi mühütün məhv olmuş nümayəndələrindən bəhs edən məruzələr oxunmuşdur:

1."Zindandan gələn səslər" P.Mehdiyeva.

2."Düşünən beyinlərin məhvi" X.Əsədova.

     Tədbirďə Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin,Döyüş şöhrəti və Xalça muzeyi filiallarının kollektivləri və 3 saylı məktəbin 11ci sinif şagirdləri iştirak etdilər.