23.10.2019
22 oktyabr 2019-cu il tarixində Xaçmaz Tarix diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Fəthiyədən Bakıya könül körpüsü.." adlı ədəbi bədii tədbir keçirilib.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Türkiyəli şair və yazarlar, şimal bölgəsinin tanınmış şairləri, mədəniyyət işçiləri, media mənsubları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi N.Ağayev tədbirin mahiyyəti haqqında məlumat verdi. Bildirildi ki, tədbir Türkiyənin 10 gənc yazarının "Fəthiyədən Bakıya könül körpüsü.." adlı əsərlərinin toplusuna həsr edilmişdir.
Tədbirdə bu toplu ilə yanaşı digər kitablar da təqdim edildi, müzakirələr aparıldı. Həm qonaqların, həm də yerli şairlərin ifasında şerlər səsləndi.