Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Heydər Əliyev Mərkəzində “15 iyun Qurtuluş günü” ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.

09.06.2017

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba Heydər Əliyev Mərkəzində “15 iyun Qurtuluş günü” ilə əlaqədar nəzərdə tutulmuş iş planına əsasən bir sıra  tədbirlər həyata keçirilmişdir.

Rayonun bir sıra əmək kollektivlərinin, ali və orta təhsil ocaqlarının nümayəndələri Quba rayon icra hakimiyyətinin tərtib  etdiyi  qrafikə əsasən 15 iyun -  Qayıdış günü ilə əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

8 iyun 2017 – ci il tarixində Azərbaycan  Respublikası  Prezidenti  yanında Bilik fondunu təşəbbüsü ilə Mərkəzdə  “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuqu  mövzusunda dəyirmi masa keçirilmişdir.

9 iyun 2017 – ci il tarixində isə Quba Heydər Əliyev Mərkəzində “  Böyük qayıdış “ mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk  öncə  Heydər Əliyev Mərkəzində yerləşən Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin  irsini əks etdirən  ekspozisiyası  ilə tanış olmuşlar . Tədbiri giriş sözü ilə Mərkəzin direktoru açmış və dahi şəxsiiyyət  Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

         E. Orucova “Böyük qayıdış “ mövzusunda  məruzə ilə çıxış edərək qeyd etmişdir ki ,tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş  15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür . Vətənini, xalqını sevən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycan xalqının ölüm dirim mübarizəsi  tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa dayaq olan bir insan – Ulu öndər Heydər Əliyev olmuşdur.  

         1993 – cu ilin iyununda xalqın təkidli tələbi ilə respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev gərgin əməyi, böyük təşkilatçılıqı, uzaqgörən  daxili və xarici siyasəti  sayəsində dövlət müstəqilliyimizin dönməz və əbədi olması təmin olundu.

         Heydər Əliyevin yaratdığı bu müstəqilliyin qoruyucusu,  inkişafını ardıcıl və uğurla davam etdirmək vəzifəsi isə Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin tale qismətinə düşdü.

         Çox sonralar Milli Qurtuluş gününü təhlil edən cənab İlham Əliyev demişdir:

“ Gəlin 1993 – cü ildəki Azərbaycanı və bugünki azərbaycanı müqayisə edək. O vaxt  Azərbaycanda xaos hökm sürürdü . Bu gün Azərbaycanda sabitlikdir.  O vaxt Azərbaycanda hərc - mərclik  var idi. Bu gün Azərbaycanda sülhdür, əmin – amanlıqdır. O vaxt  Azərbaycanın iqtisadiyyatı  tənəzzülə uğrayırdı . Bu gün Azərbaycan dünyada  ən dinamik  inkişaf edən ölkələrdən biridir”.

         Tədbir iştirakçılarından E.Əliyeva, N. Əhmədova, E .Naqdaliyeva və başqaları çıxış edərək qeyd etdilər ki, ümummilli  lider Heydər Əliyevin yaratdiğı   15 iyun 1993 – cü il tarixi Azərbaycan dövlətinin və xalqının əbədiyyat, xoşbəxtlik  tarixidir.

     Tədbirin sonunda “ Böyük qayıdış”  filmi nümayiş olunmuş və Heydər Əliyevin sevdiyi musiqi əsərləri  dinlənilmişdir.