Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Tarix-Diyarşünaslıq muzeyində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir

08.06.2017

    8  iyun 2017-ci il tarixdə Quba Tarix-Diyarşünaslıq muzeyində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə yazıçı-jurnalist 10 kitab müəllifi, rəssam, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Kərim Dünyamalı ilə Dağlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin görüşü təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə Quba Tarix-Diyarşünaslıq muzeyinin direktoru M.Hacıyeva açmışdır. Daha sonra Kərim Dünyamalı keçdiyi döyüş yollarından və vətənpərvərlik ruhlu kitablarından bəhs etmişdir. Tədbirin sonunda kitablarını fəal şagirdlərə hədiyyə etmişdir.

    Muzeydə Kərim Dünyamalının rəsmlərindən ibarət sərgi də təşkil olunmuşdur. Şagirdlərin sərgiyə baxışı zamanı müəllif sərgidəki rəsmləri haqqında onlara ətraflı məlumat vermişdir.