02.12.2019
2 dekabr 2019-cu il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilmişdir. Müşavirədə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, idarənin əməkdaşları və regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir. Çıxış edən regional idarənin rəisi N.Ağayev müəssisələrdə işlərin günün tələblərinə uyğun qurulması, müəssisələrin iş planlarına əsasən tədbirlərin keçirilərək mətubatda işıqlandırılması və digər məsələlər üzrə öz tapşırıq və tövsiyyələrini verdi.
Müşavirənin sonunda Siyəzən şəhər Uşaq İncəsənət məktəbinin direktoru Rəhim Bağırov 65 illik yubileyi və Quba Tarix Diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva regionda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə idarənin fəxri fərmanları ilə təltif edilmişdir.