05.12.2019
4 dekabr 2019 -cu il tarixində Şabran Tarix Diyarşünaslıq Muzeyində Azərbaycanda ilk muzeyin yaranmasının 100 illiyi ilə əlaqədar "Muzey Yaradıcıları "adlı tədbir keçirilmişdir.
Tədbirdə Şəhid Fizuli Salahovun anası Sevda Salahova,Qarabağ döyüşlərinin iştirakçısı,Ehtiyatda olan kapitan,yaralanmış zabit Bağdad Bəhrəmov,Xınayaxdı Xalq Kollektivinin rəhbəri Bayram Ağsıyev və üzvləri,Prezident təqaüdçüsü,şair,publisist Zakir Bayramlı,şàirə Aybəniz Əliyar,Əməkdar Mədəniyyət įşçisi Aşıq Haşım,gənc şairə Gülxarə xanım,şair Tural Coşqun,Müsabiqələr laureatı,qəzəlxan Əmircan Şabranlı,Şabran Tikiş Sexinin,Qayalı Marketin əməkdaşları,Sincanboyat,Taxtalar kənd orta məktəbləri və ictimaiyyət iştirak etmişdir.Rəngarəng çıxışlar,ifalarla davam edən tədbir "Muzey Yaradıcıları" adlı videoçarxa və "Keçmişə Səyahət" adlı sərgiyə baxış ilə sona çatdı.