Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində yeniyetmə və gənclərin istedadlarının üzə çıxarmaq məqsədi ilə “İstedad sorağında” adlı mahnı və şeir müsabiqəsi keçirildi

27.04.2017

     27 Aprel 2017-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində yeniyetmə və gənclərin istedadlarının üzə çıxarmaq məqsədi ilə “İstedad sorağında” adlı mahnı və şeir müsabiqəsi keçirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova açaraq, müsabiqə iştirakçılarına uğurlar dilədi. Rayon məktəbliləri öz istedad və bacarıqlarını nümayiş etdirdilər. Qaliblər Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Siyəzən rayon üzrə nümayəndəsi Zəminə Qədirli və MİHİ Siyəzən rayon komitəsinin sədri Ziyadə Dadaşova tərəfindən fəxri fərman və hədiyyələrlə qiymətləndirildilər. Şeir üzrə 1-ci yeri Məlikova Ayxanım, 2-ci yer Qənbərov Zamin, 3-cü yer Pirəliyev Famil, gözəl mahnı ifasına görə 1-ci yer Heybətova Aygün, 2-ci yer Məmmədli Aqşin, 3-cü yer Qurbanova Nüşabə təltif edildilər. Tədbirdə 60 nəfər rayon ümumtəhsil məktəblərindən şagirdlər iştirak edirdi.