Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xınalıq kəndində uzun fasilədən sonra kino nümayiş etdirilib

01.07.2017

     Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin göstərişi ilə 01 iyul 2017-ci il tarixində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Xınalıq kəndində kino nümayişinin bərpası təmin edilmişdir. Xınalıq kənd klubunda Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan "Həddən artıq uyğunluq" bədii filmi nümayiş etdirilib. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Söhrab Əmrahov iştirak etmişdir. Kəndə gələcəkdə də mütəmadi olaraq filmlərin nümayiş etdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Xınalıq kənd klubuna proyektor dəsti,noutbuk və yeni lentə alınmış kino diskləri verilmişdir.