Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzəndə ”15 May - Beynəlxalq Ailə Günü” qeyd edilib

15.05.2017

       15 may 2017-ci il tarixində saat 11:00-da Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Siyəzən rayon üzrə nümayəndəliyinin təşəbbüsü ilə rayon Gənclər Mərkəzində  "15 May Beynəlxalq Ailə Günü" münasibətilə konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Siyəzən rayon İcra başçısının müavini Təhminə Bəxtiyarlı, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev,Şabran rayonu üzrə nümayəndə Əhməd Səmədov, rayonun  müəssisə və təşkilatlarının rəhbərlikləri, rayonda və kəndlərdə yaşayan nümunəvi ailələr iştirak edirdi. Tədbirdə çıxış edənlər bu günün mahiyyətindən danışaraq bayram münasibətilə bütün iştirakçıları təbrik etdilər.Tədbirdə 60 nəfər iştirak edirdi.